14 C
Baku
Saturday, April 27, 2024

Azərbaycan 2050-cu ilə qədər istixana qazları emissiyalarını 40% azaldacaq

Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb.

Nazirlikdən Banker.az-a verilən məlumata əsasən, imzalanma mərasimi onlayn formatda keçirilib.

Müqavilə Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.

Fortescue Future Industries şirkətinin sədri və təsisçisi Endrü Forest deyib:

“Bu günə qədər Azərbaycan hökuməti ilə apardığımız müzakirələr son dərəcə müsbət olub və bu Çərçivə Müqaviləsinin bu gün imzalanması mövcud tərəfdaşlıq üçün güclü potensialı bir daha nümayiş etdirir. Biz dünyanın hər yerində iqlim dəyişikliyinin fəlakətli təsirlərini görürük və bilirik ki, “yaşıl hidrogen” bu təsirlərin aradan qaldırılması istiqamətində inqilab etməyə, ağır sənayeni karbonsuzlaşdırmağa və iş yerlərinin yaradılmasına kömək edə biləcək praktik həll yoludur. Azərbaycan tarixən neft və qaz ölkəsi olsa da, Avropa ölkələrinə “yaşıl enerji”nin təchiz edilməsində strateji mövqeyinə görə “yaşıl sənaye” inqilabına qoşulması üçün yaxşı imkanlara malikdir. Bu gün imzalanmış bu Çərçivə Müqaviləsi” Azərbaycanın hökumətinin 2050-cu ilə qədər ölkənin istixana qazları emissiyalarını 40 faiz azaltmaq kimi iddialı məqsədinə nail olmaq üçün mühüm addımdır”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər