25 C
Baku
Saturday, April 27, 2024

Azərbaycan 7 ayda Cənub-Şərqi Anadoludan $45 mln.-luq mal idxal edib

Bu il yanvar-iyul aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 45.218 milyon ABŞ dolları dəyərində mal idxal edib.

Bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinin məlumatında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 15 % çoxdur.

Hesabat dövründə bölgədən ümumilikdə 6 473.97 milyon dollarlıq məhsul ixrac edilib ki, bu da illik müqayisədə 6 % azdır.

7 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük ixrac Yaxın Şərq ölkələrinə (2 milyard 530.344 milyon ABŞ dolları; 7 % az) həyata keçirilib. Onu Avropa İttifaqı ölkələri (1 008.345 milyon ABŞ dolları; 15 % az) və Amerika qitəsi ölkələri (967.443 milyon ABŞ dolları; 18 % çox) izləyib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər