6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan 7 aydan sonra Türkmənistandan neft idxalını bərpa edib

Azərbaycan 2022-ci ildə 7 aylıq fasilədən sonra yenidən Türkmənistan neftini almağa başlayıb. Bu barədə Banker.az-a rəsmi mənbə bildirir.

Bildirilir ki, yanvar-avqust ayında 320 806 barrel həcmində Türkmənistandan xam neft alınıb və bunun da idxal dəyəri 49.6 milyon dollar təşkil edirdi.

Avqust ayında isə yenidən 90 666 barrel həcmində neft alıb. Bunun da dəyəri 32.48 milyon dollar təşkil edib.

Yanvar ayında isə Türkmənistandan Azərbaycana 230 141 barrel həcmində, yaxud 17.12 mln. dollarlıq neft idxal edilmişdi.

Qeyd edək ki, öncəki ildə də Türkmənistandan xam neft aylar üzrə fasilə ilə idxal edilirdi.

Ötən ilin aprel ayında  223 578 barrel neft (14.23 mln. dollar) idxal edilmişdi və noyabr ayına qədər fasilə verilmişdi.

 

Son xəbərlər
Digər xəbərlər