6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan “Amazon” və “eBay”da kəlağayı satmağa başlayıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi – “Azəripək” MMC-nin birgə əməkdaşlığı ilə “Amazon” və “eBay” platformalarından Azərbaycanın milli kəlağayılarının Amerika və Avropa ölkələrinə ilk satışı həyata keçirilib.

Banker.az bu barədə İİTKM-ya istinadən xəbər verir.

Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, bu kateqoriyadan olan məhsulların satışı əsasən payız – qış aylarına təsadüf etdiyindən növbəti aylarda sifarişlərin artması gözlənilir. Əməkdaşlıq çərçivəsində ilkin olaraq sadalanan platformalarda sınaq məqsədilə on çeşiddə kəlağayı məhsulu satışa çıxarılıb. Məhsula olan marağı nəzərə alaraq nümayiş olunan məhsul çeşidinin artırılması nəzərdə tutulub.

Azərbaycan kəlağayı sənətinin 2014-cü ilin noyabrında UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsindən sonra kəlağayıya olan maraq daha da artıb.

Son xəbərlər
Digər xəbərlər