“Rabitəbank” ASC 2019-cu ildə Bakıda 2 yeni filialını açmağı planlaşdırır.
Banker.az bildirir ki, bu barədə mənbəyə* açıqlamasında Bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev məlumat verib.
“Filial şəbəkəmizin genişlənməsi və daha müasir tələbələrə uyğun xidmət göstərməsi üçün işlər bundan sonra da davam etdiriləcək”, – deyə o, qeyd edib.
Z.Nuriyev onu da bildirib ki, rəhbərlik etdiyi bank filial şəbəkəsində bağlanmış bankların filiallarını almaqla genişləndirmək niyyətində deyil.