Turan Bankın səhmdarlarının pay bölgüsü dəyişib
Bankın nizamnamə kapitalı 50 002 466 AZN təşkil edir.
Banker.az Banka istinadən xəbər verir ki, səhmdarların hamısı minoritar paya malikdir.
Hazırda Turan Bankın 28 səhmdarı vardır ki, onlardan 22-sini fiziki şəxslər, digər 6-ını isə hüquqi şəxslər təşkil edir.
Hüquqi şəxslər 14 602 672 AZN-lə nizamnamə kapitalında çəkisi 29.20%, fiziki şəxslər 35 399 794 nizamnamə kapitalında çəkisi isə 70.80% -ə bərabərdir.