-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan bankında pay alan Avstriya şirkəti kimə məxsusdur?

Hazırkı dövrdə bank sektorunda az miqdarda xəbər gündəmə düşməyə nail olur. Manatın mövqeyinin zəifləməsi, banklarınında bazarınında zəifləməsi ilə nəticələnmişdir. Səbəb isə, gələcək dövr üçün manatın kursunun proqnozlaşdırmaqda çətinliklərin olmasından ibarətdir.

Lakin, son iki gündə bank sektorunda maraqlı 2 xəbər yer almışdır. Bunlardan biri təbii ki Bank Standard-a Xalid Əhədovun  yeni direktor qismində təyin olunması və Kredo Bankdan Avstriya şirkətinin pay alması olmuşdur.

Əslində ikinci xəbərin sürpriz olmasının kökündə duran məqam, hazırki dövrdə Azərbaycan bankçılığının belə bir çətin durumunda xarici şirkətin Azərbaycan kredit bazarında aktiv olmayan bankda pay almaqda maraqlı olmasıdır. Çünki heç kəsə sirr deyil ki, xarici şirkətlər Azərbaycan banklarında nəinki pay almağı, hətta investisiya yatırmağa təhlükə ilə yanaşırlar. Çünki yatırılacaq pul hazırda banklar tərəfində əhaliyə kredit şəklində verilmir – yəni pul işlək deyil (bankların onsuzda kifayət qədər əmanətlərdən topladıqları likvid vəsaitləri varıdır). Əsas səbəb isə investorların pulu xarici valyutada yatırmağıdır – banklar isə bu riski öz üzərlərinə götürmək istəmirlər.

O zaman, Avstriya şirkətini niyə Kredo Banka yatırım edib?

Verilən məlumata görə, pay alan Avstriya şirkətinin adı “Veno Investment GmbH”. Banker.azın apardığı araşdırmaya görə, şirkətin təsisçilərindən biri məhz Kredo Bankın Müşahidə Şurasının sədri Müşfiq Vəkilovdur.

Yuxarıdakı məlumatın təstiqi qismində Avstriya şirkətlərinin kataloqundan informasyanı diqqətinizə çatdırırıq:

Capture

http://www.firmenabc.at/veno-investment-gmbh_FnwO#

Bank tərəfindən atılan bu addımın səbəbi yəqinki bir müddətdən sonra aydın olacaqdır. Hələki ilkin variant kimi ,  bu bankın imicini artırmaqla yeni əmanətçi və investorların cəlb edilməsi anlamına gələ bilər. Çünki payçılarından birinin avropa şirkətinin olması, hər bir bank üçün payçılarından birinin avropa şirkətinin olması,  yalnız müsbət addım hesab edilə bilər.

 

Son xəbərlər
Digər xəbərlər