7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan bankları ilin ilk üç rübündə ₼833 milyon xalis mənfəət əldə ediblər

2023-cü ilin 9 ayında Azərbaycan banklarr 832.9 mln. manat xalis mənfəət əldə ediblər.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından məlumat daxil olub.

Banklar 1 milyard 227.3 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 22% və 26% artmışdır. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 214.7 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% və ya 57.8 mln. manat daha çoxdur.

2343232321 435345434534

Son xəbərlər
Digər xəbərlər