1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan bankları ötən il 356 mln. manatdan çox ipoteka krediti verib

Ötən il Azərbaycanda banklar tərəfindən 356.3 mln. manatlıq ipoteka krediti verilib. Ən çox ipoteka kreditləri fevral ayında (40.8 mln. manat), ən az isə yanvar ayında (16.9 mln. manat) verilib.

2020-ci ildə isə bu göstərici 257.5 mln. manat təşkil edirdi. Deməli, ötən il verilmiş ipoteka kreditlərinin həcmi illik müqayisədə 98.8 mln. manat və ya 38.4% çox olub.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna ipoteka krediti üzrə ayrılmış vəsaitin həcmi isə 71.1 mln. manat olub.

Son xəbərlər
Digər xəbərlər