13 C
Baku
Tuesday, May 14, 2024

Azərbaycan banklarının aktivləri son rüb artaraq ₼45.5 milyardı keçib

Azərbaycan bank sektoru 2023-cü ilin üçüncü rübü (iyul-sentyabr) ərzində böyüyüb.

Banker.az-ın bank hesabatlarından əldə etdiyi məlumata görə, sektorun aktivlərinin həcmi 0.7 faiz böyüməklə 45 milyard 530.5 milyon manata yüksəlib.

Bankların aktivlərinin həcmi son bir ayda isə 0.4 faiz artıb.

Lakin, ilin əvvəlindən hələ də 2.7 faiz aşağıdır.

Qeyd edək ki, 2023-cü ilin ilk yarısında bankların aktivlərinin həcmi ilin əvvəli ilə müqayisədə 4 faiz azalaraq 45 milyard 218.3 milyon manata enmişdi.

312312312312312312312313123123

Son xəbərlər
 ⁠
Digər xəbərlər