Azərbaycandakı 26 bank bu ilin 3 ayında verdikləri kreditlərdən 501.4 milyon gəlir əldə ediblər.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin 3 ayında bankların kreditlər üzrə faiz gəlirləri 394.2 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 27.2% çoxdur.
2022-ci ilin 3 ayında faizlər üzrə xərcləri isə 143.4 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 129 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.