3 C
Baku
Saturday, December 14, 2024

“ABB” 20 milyon manatlıq istiqraz buraxır

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) “Bakı Fond Birjası” QSC-də (BFB) istiqrazlarını yerləşdirməyə hazırlaşır.

Banker.az bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 20 000 ədəd, yəni 20 milyon manatlıq faizli, sənədsiz, adlı, təminatsız istiqrazdan gedir. Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Son xəbərlər
Digər xəbərlər