19 C
Baku
Friday, May 3, 2024

Azərbaycan beynəlxalq pasport reytinqində iki pillə irəliləyib

Azərbaycan 2024-cü ilin birinci rübü üçün dərc olunan “Henley & Partners” indeksində iki pillə irəliləyərək 70-ci yerdə qərarlaşıb. Xatırladaq ki, Azərbaycan pasportu ilə dünyanın 72 ölkəsinə vizasız getmək mümkündür.

“Ötən dövr ərzində Azərbaycan Keniya, BƏƏ və Səudiyyə Ərəbistanı ilə vizasız gediş-gəliş haqqında sazişlər bağlayıb”, – “İnterfaks-Azərbaycan” agentliyi reytinqdən çıxarışlara istinadən xəbər verir.

“Şirkətin 19 illik müşahidəsində ilk dəfə olaraq altı ölkə eyni vaxtda rekord sayda vizasız səyahət imkanı ilə birinci yeri tutub: onlardan dördü Avropa İttifaqı – Almaniya, İtaliya, İspaniya və Fransa, ikisi isə Asiya ölkəsidir – Sinqapur və Yaponiya. Bu ölkələrin pasport sahibləri dünyanın 194 ölkəsinə (227-dən) vizasız gedə bilərlər”, – mesajda deyilir.

“Henley & Partners” pasport indeksi dünya üzrə 199 ölkə və ərazinin viza qaydalarını təhlil edir və onları vizasız ölkələrin sayına görə sıralayır. İndeks dünyanın ən böyük və dəqiq səyahət məlumat bazasını saxlayan Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) eksklüziv və rəsmi məlumatlarına əsaslanır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər