6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın tərkibi genişləndirilib

Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişiklik edilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri tərkibə əlavə edilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı tərəfinə müvafiq bildiriş göndərməlidir.

Son xəbərlər
Digər xəbərlər