Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 41.3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2.3 faiz azalıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2023-cü ilin yanvarnoyabr aylarında 38 732,2 milyon manat xam neft və təbii qaz hasil edilib ki, bu da illik müqayisədə 2.3% azalma deməkdir.
Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 27.6 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 33,1 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7.5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4.3 faiz artıb.