17 C
Baku
Friday, May 3, 2024

Azərbaycan bu il elektrik enerjisinin istehsalını artırıb

Bu ilin 8 ayında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 154.2 mln. kVt-saat artaraq 19 245.2 mln. kVt-saat təşkil edib.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu ilin 8 ayında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 154.2 mln. kVt-saat artaraq 19 245,2 mln. kVt-saat, ixrac 1 530.6 mln. kVt-saat, idxal isə 169.3 mln. kVt-saat olub”, – paylaşımda qeyd olunur.

Məlumata görə, yanvar-avqust aylarında İstilik Elektrik Stansiyaları üzrə 17 714.1 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 531.1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər