Müdafiə və aviasiya sənayesi məhsulları ilin ilk 4 ayında Türkiyədən təxminən 1 milyard dollar ixrac edilərkən, ABŞ 386.1 milyon dollar satış ilə birinci yeri tutdu. Sözügedən dövrdə Azərbaycana 117.3 milyon dollar və Birləşmiş Ərəb Əmirliklərinə 90.3 milyon dollarlıq ixrac həyata keçirilib.
Sözügedən dövrdə 117 milyon 315 min dollarlıq ixracatla Azərbaycan ABŞ-dan sonra ikinci sırada qərarlaşdı.
Türkiyənin müdafiə və aviasiya sənayesi məhsullarının ilin 4 ayında Azərbaycana ixracı keçən ilin yanvar-aprel aylarına nisbətən 13 dəfə artıb. Keçən ilin eyni dövründə bu ölkəyə 8 milyon 795 min dollar ixrac edilib.
Bu ölkələrin ardından 90 milyon 299 min dollarla Birləşmiş Ərəb Əmirlikləri, 57 milyon 827 min dollarla Banqladeş və 50 milyon 14 min dollarla Almaniya ixracatında yer aldıqları qeyd edilib.