8 C
Baku
Friday, March 29, 2024

Azərbaycan cari ildə Gürcüstanın ixracat baxımından 2-ci əsas ticarət tərəfdaşı olub

Cari ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstanın ixracat baxımından ikinci ən böyük ticarət tərəfdaşı olub.

Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, bu dövrdə Çin 502.6 milyon ABŞ dolları ilə ixracat baxımından Gürcüstanın ən böyük ticarət tərəfdaşı olub. Siyahıda sonrakı yeri Azərbaycan (421.5 milyon ABŞ dolları), Rusiya (409.3 milyon dollar), Türkiyə (321.5 milyon dollar) qərarlaşıb.

İdxal baxımından Gürcüstanın ən böyük ticarət tərəfdaşları Türkiyə, Rusiya, Çin, ABŞ və Azərbaycan olub.

Hesabat dövründə Gürcüstandan ixrac 36.9 % artaraq 3.57 milyard dollar, idxal isə 36.5 % artaraq 8.36 milyard dollar təşkil edib. Mənfi ticarət saldosu 4.79 milyard dollar təşkil edib ki, bu da xarici ticarət dövriyyəsinin 40.2 faizini təşkil edir.

Yanvar-avqust aylarında Türkiyə 1.8 milyard dollarla Gürcüstanın ən böyük ticarət tərəfdaşları siyahısına başçılıq edir. Siyahıda sonrakı yerlərdə 1.5 milyard dollarla Rusiya, 1.2 milyard dollarla Çin, 843.3 milyon dollarla Azərbaycan, 760.4 milyon dollarla ABŞ qərarlaşıb.

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına əsasən, 2022-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarətin həcmi 36.6 % artaraq 11.9 milyard ABŞ dolları təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər