-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan çarter reyslərin sayını artırır

2018-2019-cu ilin qış mövsümündə Bakıdan Misirə, Şarm əl-Şeyxə birbaşa çarter reyslər açılacaq.

Dövlət Turizm Agentliyindən verilən xəbərə görə, bu, Azərbaycan tərəfindən mütəmadi həyata keçirilən ikinci belə reys olacaq.

İlk belə reys Monteneqroya təşkil edilib. Uçuşlar həftədə bir dəfə cümə axşamı günü olmaqla 8 noyabr – 4 aprel tarixlərində “Paşa Holidays” şirkəti və Azərbaycan Hava Yolları (AZAL) tərəfindən həyata keçiriləcək.

İki ölkə arasında birbaşa aviareysin açılması turist mübadiləsinin artmasına və turizm əlaqələrinin möhkəmlənməsinə təkan verərək işgüzar əlaqələrin inkişafı üçün də zəmin yaradacaq.

Qeyd edək ki, beynəlxalq Şarm əl-Şeyx hava limanı (“Sharm el-Sheikh International Airport”) turistlərə yerindəcə viza əldə etmək imkanı tanıyır.

Son xəbərlər
Digər xəbərlər