12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan dərman istehsalatçısı Fransa şirkəti ilə dərman istehsalına başladı

Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” MMC ilə Fransanın beynəlxalq müstəqil əczaçılıq qrupu olan “Servier” şirkəti arasında Azərbaycanda dərman preparatlarının istehsalına dair tərəfdaşlıq sazişi imzalanıb.

Banker.az xəbər verir ki, sazişə əsasən tərəflər “R-Pharm” MMC-nin istehsal müəssisəsində şəkərli diabetin fəsadlarının profilaktikası üçün “Diabeton” (qliklazid) preparatının Azərbaycanda qablaşdırılmasını və satışını həyata keçirəcəklər.

Beş illik müqavilənin şərtlərinə əsasən, müəssisədə ildə qeyd edilən dərman preparatının təxminən 1 milyon qutu həcmində istehsalı həyata keçiriləcək.

Qeyd edək ki, dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC 2018-ci ilin sentyabr ayından Pirallahı Sənaye Parkının rezidentidir.

Son xəbərlər
Digər xəbərlər