21 C
Baku
Friday, April 26, 2024

Azərbaycan ehtiyyat üçün dolları seçir

AZƏRBAYCAN RESPUBLİKASI Dövlət Neft Fondu – ARDNF açıqlayıb ki, 1 yanvar 2020-ci il üzrə valyuta ehtiyatları $43 322,68 milyon  (qısaca $43,32 milyard) təşkil edib.

Banker.az bildir ki, bu ölkənin suveren fondu sayılan və ehtiyatların əsas payında illik 12,5%-lik yüksəlişdir.

Azərbaycan Mərkəzi Bankının ehtiyyatları ilə birlikdə isə 49 581,3 milyon ABŞ dolları təşkil edib.

ARDNF-in ehtiyatlarının xarici valyutalar üzrə pay bölgüsünə nəzər yetirdikdə görürük ki, bir qədər fərqli istiqamətlərə dəyişib bölgü. Belə ki, ABŞ valyutasında ehtiyatlarında 56,6% (öncəki il 54,3% idi),  İngilis funt sterlinqində 5,1% ( 4,6%-idi), Rus Rublunda 0,8% (0,7% idi) olmaqla, daha çox bu valyutaların payı son bir ildə artmışdır.

Ümumi son 3 ilin rəqəmlərini müqayisə etdikdə suveren fondun marağının daha çox ABŞ dollarına artdığını demək olar. Məsələn, 2017-ci ildə fondun ehtiyatlarının yalnız 47%-i bu valyutanın payına düşürdü. Bu da ABŞ valyutasının fond üçün gələcək perspektivdə daha inamlı görünməsidir.

Avroda 31,4% (34,4% idi) və Çin yuanın 1,2%( 1,3% idi) olmaqla pay bölgüsündə faizləri azalmışdır.

Digər, pay bölgüsündə Avstraliya dollarında 0,6%, Türkiyə lirəsində 0,8%, C.Koreya vonunda 1,3% və Yapon yenində 1,5% olmaqla dəyişməz qalıblar.

Səhmlər istiqrazlardan daha cəlbedici görünür

Digər bir məsələ isı, Fondun qiymətli kağızlar bazarına (istiqraz və pul bazarı alətləri) daha çox maraqsız olması, əvəzində isə daşınmaz əmlak, qızıl və səhmlərdə daha çox yatırımlar etməkdə maraqlıdır.

Məslən, portfelinin əsas hissəsi olan istiqraz və pul bazarı alətlərin payı son bir ildə 76,5%-dən 68,7%-ə düşüb. Ölkənin “ehtiyat fondu” səhmlərin payını 12,8%-dən 14,1%-ə, daşınmaz əmlakın 5,3%-dən 5,8%-ə və qızılın payını isə 5,4%-dən 11,4%-ə qədər artırmalı olub.

Bəlkədə son gəlirlilik nəticələrinə baxdıqda ARDNF-in niyə məhz səhmləri də seçməsini görmək mümkün olar. Məlumat üçün deyək ki, fondun ümumi gəliri 5,29% artıb, bu artımın ən böyük hissəsi də (2,67%) məhz səhmlərin hesabına baş vermişdir. Daşınmaz əmlakda isə bu 0,46% təşkil edib.

Bununla belə suveren fondumuzun ölkələrininkişaf səviyyəsinə görə bölgüsünə nəzər yetirikdə görürük ki, 2018-ci ildən fərqli olaraq, 2019-cu ildə inkişaf etməkdə olan (İEÖ) ölkələrin payının 66,9%-dən 63,23%-ə qədər azalıb, inkişaf etməkdə olan ölkələrə (İEOÖ) isə əksənə, 25,45%-dən 32,04%-ə qaldırıb.

Capture43

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər