-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan elektrik enerjisini xaricə iki dəfə baha satır – I rübdə $281.7 milyon gəlir!

Azərbaycan 2023-cü ilin yanvar-mart aylarından və ya 1-ci rübündə elektrik xaricə enerjisi satışından $281.7 milyon valyuta əldə edib.

Bunu Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Birinci rübdə 2 milyard 405.68 mln. kilovat-saat həcmində elektrik enerjisi ixrac etməklə, 2022-ci ilin analoji dövrünü 4 dəfə üstələmiş olub.

İxrac edilmiş elektrik enerjisinin 1000 kVt-saatı xaricə 2022-ci ilin birinci rübündə ortalama $57.2 satıldığı halda, cari ildə qiymətlərdə ikiqat artım nəticəsində $116.8 olub.

Son xəbərlər
Digər xəbərlər