9 C
Baku
Friday, December 13, 2024

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib.

İclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib.

Tərəflər bir sıra məsələlərlə bağlı razılıq əldə ediblər.

Müəyyənləşdirilib ki, sərhəd xəttinin ayrı-ayrı hissələri Azərbaycanın Bağanıs Ayrım Ermənistanın Bağanis kəndləri, Azərbaycanın Aşağı Əskipara Ermənistanın Voskepar, Azərbaycanın Xeyrimli Ermənistanın Kirants və Azərbaycanın Qızılhacılı və Ermənistanın Berkaber kəndləri arasından keçəcəklər, xətlərin müəyyənləşdirilməsi SSRİ-nin son illərində mövcud olan dövlətlərarası sərhədlərə uyğun olaraq həyata keçiriləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər