10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan fındıq ixracını azaldıb

Azərbaycan bu ilin əvvəlindən 1,6 mindən çox fındıq ləpəsi ixrac edib.

Bunu Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

Onun sözlərinə görə, pul ekvivalentində ilin əvvəlindən ixrac həcmi 10,35 milyon dollara bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə azdır:

“2020-ci ilin birinci yarısında Azərbaycan daha çox Rusiyaya fındıq ləpəsi ixrac etmişdi. İlin sonunda İtaliyaya ixrac kəskin artdı. 2021-ci ildə biz Misir və Pakistana ixraca başlamağı və İtaliyaya ixracı artırmağı planlaşdırırıq”.

Assosiasiya sədri bildirib ki, fındıq ixracının artımına hökumətin “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi ilə bağlı tədbirləri xidmət edəcək.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər