Azərbaycan və Gürcüstan arasında dövlət sərhədini keçmək üçün 6 buraxılış məntəqəsi müəyyən edilib. Bu, parlamentin plenar iclasına tövsiyə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.