16 C
Baku
Monday, May 6, 2024

Azərbaycan Gürcüstana satdığı sementdən gəlirini 50% artırıb – Bu il tonu öncəki ildən $10 baha satılır

Azərbaycan 2023-cü ilin ilk on ayında xaricə 712.43 milyon ton sement ixrac edib.

Banker.az bunu Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu da illik müqayisədə ixrac həcmini 24 faiz artırıb.

İxrac dəyəri isə illik müqayisədə 50 faiz artaraq 40.78 milyon ABŞ dollarına yüksəlib.

2023-cü ilin ilk 9 ayına olan nəticəyə əsasən isə Azərbaycan sementin 100%-ni Gürcüstana satır.

Azərbaycan 2022-ci ildə sementin bir tonunu 47 dollara satdığı halda, 2023-cü ilin ildə bu rəqəm 57 dollara yüksəlib.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər