13 C
Baku
Wednesday, May 8, 2024

Azərbaycan ilə Serbiya arasında sosial təminat haqda saziş təsdiqlənib

Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihədə bu sazişin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hərbi qulluqçular və pensiya təminatında onlara bərabər tutulan şəxslərə, onların ailə üzvlərinə, həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi pensiya təminatı normaları müəyyən edilmiş digər kateqoriya işçiləri və onların ailə üzvlərinə, həmçinin pensiyanın avtomatlaşdırılmış qaydada təyin edilməsi hallarına şamil olunmadığı əksini tapıb.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” 2022-ci il aprelin 7-də imzalanıb.

Saziş qeyri-müəyyən müddətə bağlanıb.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər