17 C
Baku
Friday, May 3, 2024

Azərbaycan internetin sürətinə görə 3 pillə geriləyib

2024-cü ilin yanvar ayında Azərbaycan mobil internetin sürətinə görə 144 ölkə arasında 46.88 MB/S sürətlə 59-cu yerdə qərarlaşıb.

Banker.az bu barədə “Speedtest Global Index”in məlumatına əsasən xəbər verir ki, Azərbaycan əvvəlki ayla müqayisədə mobil internetin sürətinə görə dəyişməz qalıb.

Məlumatda bildirilir ki, Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (302.38 MB/S), sonuncu yeri isə Şərqi Timor (144-cü yer, 3.75 MB/S) tutub.

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə yanvarda dünyada 118-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 3 pillə geriləmədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər