“Azərbaycan İpoteka Fondu” ASC əməkdaşlarının tibbi sığortalanması üzrə xidmətlərin satın alınmasına dair açıq tender elan edib.
Tender üzrə prosedurlar 24 noyabr 2017-ci il tarixində saat 15:00-da Cəmiyyətin inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.
Tenderdə iştirak haqqı 100 manat məbləğində müəyyən edilib.
Tender üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 23 noyabr 2017-ci il saat 18:00-dək, tələb olunan digər sənədlər isə 14 noyabr 2017-ci il saat 18:00-dək “Azərbaycan İpoteka Fondu” ASC-nin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.