5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb

2022-ci ilin yanvar-mart aylarında əsas kapitala 2440,7 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28,0 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 10,1 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 1524,7 milyon manatı və ya 62,5 faizi məhsul istehsalı sahələrinə, 743,2 milyon manatı (30,4 faizi) xidmət sahələrinə, 172,8 milyon manatı (7,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1676,7 milyon manatını və ya 68,7 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1688,2 milyon manatı və ya 69,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 61,8 faiz, büdcə vəsaitləri 24,6 faiz, əhalinin şəxsi vəsaitləri 8,1 faiz, sair vəsaitlər 3,8 faiz, bank kreditləri isə 1,7 faiz təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər