1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan iqtisadiyyatına investisya qoyuluşu ilk 7 ayda 21% artıb

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 9 mlrd. 114.9 milyon manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 20.8 faiz çox vəsait yönəldilib.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15.0 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 24.3 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 5045.0 milyon manatı və ya 55.3 faizi məhsul istehsalı sahələrinə, 3 600.5 milyon manatı (39.5 faizi) xidmət sahələrinin, 469.4 milyon manatı (5.2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6877.5 milyon manatını və ya 75.5 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6679.0 milyon manatı və ya 73.3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 44.7 faiz, büdcə vəsaitləri 39.7 faiz, əhalinin şəxsi vəsaitləri 6.7 faiz, bank kreditləri 3.0 faiz, sair vəsaitlər isə 5.9 faiz təşkil edib.

Son xəbərlər
Digər xəbərlər