8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan istixanaların müasirləşdirilməsi üçün Niderland şirkətlərini cəlb etmək istəyir

Azərbaycan istixanaların müasirləşdirilməsi üçün Niderland şirkətlərinin cəlbində maraqlıdır.

Bunu Niderland Krallığının Azərbaycandakı səfirliyinin baş müşaviri Şəhla Balakişiyeva bildirib.

Onun sözlərinə görə, bu məsələ mayda Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema ilə Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədov arasında keçirilən görüşdə müzakirə edilib.

Ş.Balakişiyeva qeyd edib ki, bu yaxınlarda Bakıda baş tutan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərində 8 Niderland şirkəti iştirak edib: “Bu şirkətlər arasında istixanaların “ağıllı” texnologiyalarla işıqlandırılması üzrə dünya liderlərindən biri olan “Hortilux” şirkəti də var idi. “Hortlife B.V” şirkəti isə müasir istixanalar istifadəyə verir. Digər şirkət – “Lumiforte EMEA B.V bağçılıq sahələrinin üzlənməsi üçün örtüklər təqdim edir”.

Ş. Balakişiyeva vurğulayıb ki, kənd təsərrüfatı Niderland tarixi və mədəniyyətində dərin köklərə malikdir: “Niderland kənd təsərrüfatı innovasiyaları və dayanıqlıq təcrübələri ilə bağlı əsrlər boyu davam edən uzunmüddətli ənənəyə malikdir. Niderlandın aqrar sahədə təcrübəsi təsərrüfat texnikası, su idarəetməsi və məhsul becərilməsi sahəsində əhəmiyyətli irəliləyişlərə səbəb olub. Niderland kənd təsərrüfatı məhsullarının ixracı ilə qlobal ərzaq təhlükəsizliyinə və dayanıqlı təsərrüfat təcrübələrinə töhfə verir: “Kənd təsərrüfatında qlobal lider kimi Niderland bilik və təcrübəsini digər ölkələrlə bölüşmək əzmindədir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər