2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan məhsulları “Trendyol”da satışa çıxarıla bilər

Türkiyənin məşhur elektron ticarət platforması Azərbaycan şirkətlərinin məhsullarının “Trendyol” üzərindən satışa çıxarılmasında maraqlıdır.

Bunu “Trendyol”un İcra Komitəsinin üzvü Ozan Acar bu gün Bakıda keçirilən “Azərbaycanın 1-ci E-ticarət günü” elektron ticarət konfransında bildirib.

O, Azərbaycan şirkətlərini öz məhsullarını platforma üzərindən satmağa dəvət edib.

“Əslində bu gün bizə Türkiyə və Azərbaycanın “Trendyol”u demək daha doğru olardı. O, Azərbaycan əhalisi üçün ən çox üstünlük verilən onlayn alış-veriş platformasıdır. Biz Azərbaycandan olan satıcıları da platforma üzərindən Türkiyədəki müştərilərə öz məhsullarını satmaq yönündə birlikdə çalışmağa dəvət edirik. Gördüyüm qədəri ilə son illər Azərbaycanda, xüsusilə əl işləri sektorunda kifayət qədər keyfiyyətli məhsullar var. Eyni zamanda tekstil, hazır məhsul istiqamətində ciddi inkişaf var. Lakin nəzərə almaq lazımdır ki, biz xarici şirkətləri birbaşa olaraq öz paltformamıza qəbul edə bilmirik. Buna görə, onlar Türkiyədə şirkət yaratmalıdırlar”,- deyə O. Acar bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər