Azərbaycan Mərkəzi Bankı “Bakı Kart”ın vəzifəli şəxsini cərimələdi

Azərbaycan Mərkəzi Bankı “Bakı Kart” və ya “K Group” MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib.

Banker.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Belə ki, tənzimləyici tərəfindən 02.06.2025 – 03.07.2025-ci il tarixlərində “K Group” MMC-də keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq, “K Group” MMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən 4 000 manat məbləğində cərimə edilib.

Xatırladaq ki, Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart”ın operatoru – “K Group” MMC 2014-cü ildə yaradılıb.

Şirkətdən Banker.az verilən məlumata görə, xəbərdə qeyd olunan məsələ cari dövrə aid deyil və “K Group” MMC-nin əvvəlki fəaliyyət dövrü ilə bağlıdır. Həmin məsələ üzrə inzibati tədbir artıq tətbiq olunub. Həmçinin, sözügedən vəzifəli şəxs hazırda şirkətin əməkdaşı deyil.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər