1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Mərkəzi Bankı: ilkin gəlirlər balansında kəsir 5 dəfə artıb

Azərbaycanın tədiyyə balansında 2022-ci ilin birinci rübündə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə $1.1 mlrd. kəsir, qeyri-neft sektoru üzrə isə $164 mln. profisit (qalıq) olmuşdur.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının rüblük hesabatına istinadən xəbər verir.

Qeyd edək ki, ilkin gəlirlər dedikdə xariclə qarşılıqlı olaraq əmək haqqı, dividend, faiz, renta və digər bu tip ödənişlər nəzərdə tutulur.

Nəticədə ilkin gəlirlər balansında kəsir 4.8 dəfə artaraq $1 mlrd. təşkil etmişdir. Lakin, 2021-ci ilin sonuncu rübündə bu kəsir 1.8 mlrd. təşkil edirdi.

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi $1.8 mlrd olmuşdur. Bunun 77.3%-i ($1.4 mlrd) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil etmişdir. Bu məbləğin isə əsas hissəsini xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən $1.1 mlrd beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər ($166.9 mln), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər ($52.5 mln.) və digər ödənişlər ($78.3 mln) təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər