12 C
Baku
Tuesday, May 7, 2024

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı 26 idarəni ləğv etdi – Səbəb açıqlandı

7 şöbə, 3 sərbəst sektor və 11 tabeli sektor yaradıldı

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də mərkəzi idarə etmə aparatının strukturu dəyişilərək daha müasir, günün tələblərinə uyğun, işin peşəkarlılığın artırılması, işin təşkilinin daha müasir formada görülməsi üçün yeni şöbə və sektorlar yaradılıb.

Bu barədə Banker.az-a Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən bildirilir.

Məlumata görə, dövlətə məxsus ASC-də, yeni sturuktura əsasən 7 şöbə, 3 sərbəst sektor və 11 tabeli sektor yaradılıb.

Bildirilir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı tərəfindən idarəetmədə təcrübəli kadrların cəlb olunması istiqamətində də addımlar atılıb. Bu istiqamətdə cəmiyyətin mərkəzi aparatının strukturunun daha çevik idarəetmə qabiliyyətinə malik formada yenidən təşkili və bu sahəyə xarici dövlətlərdə təhsil almış, müasir biliklərə malik təcrübəli gənc kadrlar cəlb edilib. Bu ildə eyni zamanda müxtəlif ixtisaslı peşələrdə çalışan işçilərin ixtisas artırma kurslarına cəlb edilməsi nəzərdə tutulur.

Dilqəm Şərifov əlavə edib ki, meliorasiya və su təsərrüfatı sahəsi üzrə artan tələbatın təmin olunması, suvarma suyundan səmərəli istifadə edilməklə kənd təsərrüfatı istehsalçılarının suya olan tələbatının ödənilməsi istiqamətində, o cümlədən şəffaflığın və idarəetmədə səmərəliliyin artırılması məqsədilə müvafiq islahat tədbirləri həyata keçirilib. İslahat tədbirləri çərçivəsində büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi, istismar tədbirlərinin keyfiyyətlə yerinə yetirilməsi, pərakəndiliyin aradan qaldırılması, satınalmaların vahid mərkəzdən idarə olunması və şəffaflığın təmin edilməsi məqsədi ilə ötən il bir sıra rayonlarda struktur vahidləri üzrə müəyyən dəyişiklik aparılaraq, bir-birini təkrarlayan 26 idarə ləğv edilib və həmin rayonlarda fəaliyyət göstərən Suvarma Sistemləri və digər idarələrlə birləşdirilib. Bu sahədə işlərin daha da təkmilləşdirilməsi üçün rayonlarda işlərin davam etdirilməsi nəzərdə tutulur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər