20 C
Baku
Friday, May 3, 2024

“Azərbaycan Mikro-Kredit BOKT” MMC audit hesabatını açıqladı

Audit rəyini “Prime Audit and Consulting” audit şirkəti verib.

Kredit təşkilatının faiz gəlirləri 1 milyon 484 min 838 manat, faiz xərcləri 510 min 870 manat, qeyri-faiz gəlirləri 170 min 751 manat, qeyri-faiz xərcləri 1 milyon 628 min 202 manat  təşkil edib.

31 dekabr 2022-ci il tarixinə “Azərbaycan Mikro-Kredit BOKT” MMC-nin cəmi aktivləri 8 milyon 508 min 444 manat olub ki, bu da illik müqayisədə 346.94% artım deməkdir. Bunun 6 milyon 888 min 588 manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə bu göstərici 1 milyon 905 min 442 manat olub.

31 dekabr 2022-ci il tarixinə təşkilatın cəmi öhdəlikləri 7 milyon 398 min 274 manat, cəmi kapitalı isə 1 milyon 110 min 170 manat olmuşdur. “Azərbaycan Mikro-Kredit BOKT” MMC -nin illik zərərinin həcmi isə 327 min 695 manat təşkil edib.

Təşkilat 2014-cü ildə yaradılıb.  “Azərbaycan Mikro-Kredit BOKT” MMC-nin 2022-ci il ərzində 5 filialı fəaliyyətə başlamışdır.

Hesabatlar: https://www.azmk.az/reports

Screenshot 2023 06 01 at 16.18.48Screenshot 2023 06 01 at 16.18.54Screenshot 2023 06 01 at 16.19.01

Screenshot 2023 06 01 at 15.50.46 Screenshot 2023 06 01 at 15.50.40

Son xəbərlər
 ⁠
Digər xəbərlər