2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Milli Konservatoriyası məcburi auditdən yayındığına görə cərimələnə bilər

“Azərbaycan Milli Konservatoriyası” MMC cərimələnə bilər.

Banker.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə cərimə protokolu tərtib edilərək Səbail Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Günel Səmədovadır.

İXM-nin 464-cü maddəsində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə cərimlənirlər. Hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Bu protokolun imzalanması şirkətin artıq cərimələnməsi deyil. Belə ki, Məhkəmə, iş materiallarını araşdırmaqla şirkətin cərimə edilib-edilməyəcəyinə qərar verir.

Son xəbərlər
Digər xəbərlər