2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Moldova şirkətlərini işğaldan azad edilmiş ərazilərə pul qoymağa çağırıb

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən “Araz Vadisi İqtisadi Zonası” və “Ağdam” Sənaye Parkları investorların üzünə açıqdır”.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Moldovanın Baş naziri Nataliya Qavrilitsanın iştirakı ilə bu ölkənin İşgüzar Dairələrinin nümayəndələri ilə keçirilən görüşdə deyib.

“Sahibkarlar üçün əlverişli investisiya imkanlarına malik bu sənaye parkları regionun iqtisadi potensialının reallaşdırılması və ölkə iqtisadiyyatına reinteqrasiyası üçün mühüm mexanizmdir. Təbii ki, əsas milli prioritetlərdən biri Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsidir”, – deyə o, qeyd edib.

“Bizim tarixi qələbəmiz həm Azərbaycanın, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcını qoyub. Hazırda intensiv minatəmizləmə işləri aparılır, işğaldan azad edilmiş ərazilərdə infrastruktur və kommunikasiyalar yenidən qurulur və yaradılır, iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Artıq ilk məcburi köçkünlər öz doğma yurdlarına qayıdıb, işğal zamanı dağıdılmış şəhərlərin baş planları hazırlanaraq təsdiq edilib. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib və yaxın vaxtlarda Zəngilan Beynəlxalq Hava Limanı da istifadəyə veriləcək. Yaşayış məntəqələrinin bərpası üzrə tikinti işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasından istifadə edilməklə həyata keçirilir. Qarabağ “yaşıl enerji” zonası elan edilib. “Yaşıl” və alternativ enerjidən istifadəyə, “sıfır tullantı” konsepsiyasına xüsusi diqqət yetirilir, bütün layihələr müasir texnologiyalardan və ekoloji standartlardan istifadə edilməklə həyata keçirilir”, – deyə nazir müavini əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər