13 C
Baku
Wednesday, May 8, 2024

Azərbaycan mütəxəssisləri Rusiyanın süd məhsulları istehsalı müəssisələrində təftiş aparacaqlar

14-20 may tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhülkəsizliyi İnsttutunun nümayəndələri Rusiyanın süd məhsulları istehsalı müəssisələrində təftiş aparacaqlar.

“İnstitutun mütəxəssisləri RF-nin Leninqrad və Tümen vilayətlərində yerləşən iki təşkilatda yoxlama aparacaqlar”, – “Rosselxoznadzor”dan məlumat verilib.

Təftiş tədbirləri Azərbaycanda «Qida təhlükəsizliyi haqqında» qanunun qüvvəyə minməsi ilə əlaqədar keçirilir və buna əsasən Azərbaycana məhsul tədarükündə maraqlı olan heyvan mənşəli məhsullar və yem istehsalı üzrə xarici müəssisələr ölkənin səlahiyyətli orqanı tərəfindən qiymətləndirilməlidir.

Qurumdan vurğulanıb ki, bu il Azərbaycan müfəttişləri artıq Rusiyanın heyvan mənşəli məhsulların istehsalı üzrə 6 şirkətdə olublar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər