9 C
Baku
Friday, December 13, 2024

Azərbaycan neftinin bir barreli bahalaşaraq $123-ə çatdı

Azərbaycan neftinin qiyməti bir qədər də bahalaşaraq 123 dollar/barrel səviyyəsinə çatıb.

Bu barədə Banker.az-a bazardakı mənbə bildirir.

Spot müqavilələrlə ticarət olunan “Azeri Light” markalı xam neftin bir barreli 24 sent, yaxud 0.19% bahalaşmaqla 122.94 dollara yüksəlib.

Qeyd edək ki, Azərbaycanın da iştirak etdiyi OPEC+ alyansının qərarına görə Azərbaycan cari ay ərzində 688 min barrel xam neft hasil edə bilər.

Son xəbərlər
Digər xəbərlər