8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan ötən il Gürcüstana $102 milyonluq xidmət ixrac edib

2021-ci ildə Gürcüstanın xidmət ixracının ümumi dəyəri 2.5 milyard ABŞ dolları, xidmət idxalının ümumi dəyəri isə 1.8 milyard ABŞ dolları təşkil edib.

bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin (“Geostat”) hesabatında bildirilir.

Sənədə əsasən, bunlar 2020-ci illə müqayisədə müvafiq olaraq 61.2% və 25.2% çoxdur.

Son nəticədə xidmət dövriyyəsi üzrə müsbət saldo təxminən 6 dəfə artaraq 724 milyon ABŞ dollarına çatıb.

Gürcüstanın ötən il ixrac etdiyi xidmətlərin təxminən 1.2 milyard dollarlıq hissəsi və yaxud 48.9%-i turizm sektoru ilə bağlı olub. Onu 823 milyon ABŞ dolları (32.3%) ilə nəqliyyat xidmətləri və 216 milyon ABŞ dolları (8.5%) ilə telekommunikasiya xidmətləri izləyib.

Qonşu ölkənin ixracının 16.6%-i Avropa ittifaqı (Ai) ölkələrinə, 36.1 %-i MDB ölkələrinə, 47.2 %-i isə digər ölkələrə yönəlib. O cümlədən Türkiyəyə 365.5 milyon ABŞ dolları, Azərbaycana 242.1 milyon ABŞ dolları, Ukraynaya isə 206.7 milyon ABŞ dolları dəyərində xidmət ixrac olunub.

Gürcüstanın ötən il idxal etdiyi xidmətləri isə təxminən 1.1 milyard dollarlıq hissəsi nəqliyyat sektoru ilə bağlı olub. Onu 184 milyon ABŞ dolları ilə turizm və 119 milyon ABŞ dolları ilə sığorta xidmətləri izləyib.

Qonşu ölkənin idxalının 21.9%-i Aİ ölkələrindən, 18.1%-i MDB ölkələrindən, 60%-i isə digər ölkələrdən həyata keçirilib. O cümlədən Çindən 345 milyon ABŞ dolları, İrandan 122 milyon ABŞ dolları, Türkiyədən və Azərbaycanın hər birindən isə 102 milyon ABŞ dolları dəyərində xidmət idxal olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər