8 C
Baku
Friday, December 13, 2024

Azərbaycan Özbəkistan televizorlarının alıcısı siyahısında ilk üçlüyə düşüb

Ötən il Azərbaycan Özbəkistanda istehsal olunan televizorların əsas alıcıları üzrə ilk üçlükdə olub (45.8 min ədəd).

2023-cü ildə Özbəkistan televizor satışından 52 milyon dollar gəlir əldə edib. Rusiya Özbəkistan televizorlarının əsas alıcısı olub. Qeyd olunan dövrdə Rusiya təxminən 130 min ədəd avadanlıq alaraq əsas idxalçı olub.

Qeyd edək ki, 2023-cü ildə Özbəkistan 230 mindən çox televizor ixrac edib ki, bu da 2022-ci illə müqayisədə 2.6 faiz azdır. Ən az televizor alıcısı isə Türkiyə olub (1.3 min).

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər