9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Polşa və Latviyaya nar ixracına başlayır

“Bu il Azərbaycanda nar istehsalında ötən illə müqayisədə 10-12% artım gözlənilir”.

Report agentliyi xəbər verir ki, bunu Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov deyib.

O bildirib ki, bu il ölkədə nar mövsümündə bolluq olub: “2018-ci ildə ölkədə 155 min ton nar istehsal edilibsə, bu il 10-12%-lik artım gözləyirik. İstehsalda artım isə, öz növbəsində, ixraca təsir edəcək”.

F.Qaraşov deyib ki, Azərbaycan Rusiyaya, Ukraynaya, həmçinin Avropa ölkələrinə – Polşa, Latviyaya nar ixracını planlaşdırır: “Latviyaya nümunə üçün 20 tona yaxın, Polşaya isə, təxminən, 40 tona yaxın məhsul ixracı gözlənilir. Bu il biz bu ölkələrlə sınaq olaraq işləməyə başlayacağıq. Bununla yanaşı, Qatar dövləti ilə də nar ixracı istiqamətində danışıqlar aparılır”.

Xatırladaq ki, Azərbaycan ötən il 9,3 min ton nar ixrac edibbundan da 12,3 mln ABŞ dolları həcmində gəlir əldə edilib.

Xatırladaq ki, quru subtropik zonada yerləşən Şirvan bölgəsi ən yaxşı nar növlərinin yetişdirilməsi üçün əlverişlidirsə, şirə çeşidlərinin istehsalı zamanı, əsas etibarı ilə, Göyçayda yetişən narlardan istifadə olunur. Ən yaxşı standart növlər “Şəlli mələsi”, “Şahnar”, “Çəhrayı gülöyşə”, “Azərbaycan gülöyşəsi”, “Qırmızıqabıq”, “Bala Mürsəl”, “Nazikqabıq” və “Qırmızı vələs”dir.

Qeyd edək ki, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 31 oktyabr 2016-cı il tarixində yaradılıb.

Son xəbərlər
Digər xəbərlər