16 C
Baku
Wednesday, May 8, 2024

“Azərbaycan Prezidenti Avropanın qaza tələbatını TANAP-la qarşılamağa dair müsbət fikirdədir”

Avropa hazırda Rusiyadan istədiyi anda, istədiyi kimi təbii qaz əldə edə bilmir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

Türkiyə dövlət başçısı qeyd edib ki, Avropanın hazırda Türkiyədən gözləntisi ölkəsində Avropaya nəql ediləcək təbi qaz qovşağının yaradılacağı təqdirdə tələblərin qarşılanıb-qarşılanmaması ilə bağlıdır.

“Azərbaycan Prezidenti İlham Əliyev də TANAP vasitəsilə qaz ehtiyacının təmin olunması məsələsində müsbət fikirdədir. Bütün bunları dəyərləndirib ondan sonra addım atacağıq”, – o vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər