8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Qazaxıstandan son iki ayda neft idxal etməyib

Azərbaycan son iki ayda Qazaxıstandan neft idxalını dayandırıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, 2023-cü ilin aprelinə qədər Azərbaycan Mərkəzi Asiya ölkəsindən  445 123 barel həcmində xam neft almışdı və bunun idxal dəyəri $29.64 mln. idi.

Qeyd edək ki, Qazaxıstan əsasən neftini Rusiya üzərindən dünya bazarına çıxarma imkanına malikdir. Lakin Rusiyanın 2022-ci ildən başlayaraq Ukrayna ilə hərbi toqquşmalardan sonra, ölkə sanksiyalara məruz qalıb. Bu da öz növbəsində Qazaxıstanın neft nəqlində çətinlik yaradıb.

Ötən Rusiya üzərindən keçən Xəzər Boru Kəməri Konsorsiumu “ekoloji qaydaların pozulması” səbəbi və s. kimi səbəblərdən nəql gücü zəifləyib, bundan sonra ölkə çıxış yolundan biri kimi Azərbaycanı seçib. Cari ilin aprelində Qazaxıstan və Azərbaycan Bakı-Supsa boru kəməri ilə 5 milyon ton (bu təqribən 37 mln. barrel edir) Qazaxıstan neftinin nəqli üçün danışıqlar aparır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan lideri ilə görüşdə bildirmişdi ki, sazişlər sayəsində bu il Azərbaycan vasitəsilə Qazaxıstan neftinin “ilk partiyası”nı yolasalıb. “Növbəti addım tədarükün həcmini artırmaq və bunun uzunmüddətli, sabit olmasını təmin etməkdir”- deyə, Tokayev bildirmişdi.

Qazaxıstan nefti Azərbaycan üzrə marşrutu paritet (50 %/50 %) əsasında nəql olunur. Qazaxıstan tərəfdən dəniz daşıyıcısı qismində “Kazmortransflot”, Azərbaycan tərəfdən isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dir.

Azərbaycan hazırda tranzit imkanlarından yararlanaraq Türkmənistan neftinin idxalını da davam etdirir. Cari ilin ilk yarısında Türkmənistandan  3 487 min barel xam neft idxal edib və bunun idxal dəyəri isə $271.59-dur.

Son xəbərlər
Digər xəbərlər