Rusiyada qazlaşma səviyyəsi 2023-ci ilin nəticələrinə görə 73.8% təşkil edib.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Enerji Siyasəti” jurnalı üçün məqaləsində bildirib.
Qeyd etmək lazımdır ki, 2022-ci ilin nəticələrinə görə, bu göstərici 73% təşkil edir. Beləliklə, illik müqayisədə Rusiyada qazlaşma səviyyəsi 0.8 faiz bəndi artıb.
Məqalədə bildirir ki, qeyd olunan göstəricini 83%-ə çatdırmaq məqsədi qoyulub.
Qeyd edək ki, Azərbaycanda qazlaşma səviyyəsi 96.3% üzərindədir, beləliklə də ölkəmiz bu göstərici üzrə Rusiyanı təqribən 22.5 faiz bəndi qabaqlayır.