18 C
Baku
Thursday, April 25, 2024

Azərbaycan Qırğızıstana ixracı 8.6 dəfə artırıb

Azərbaycan 2023-cü ilin ilk rübündə Qırğızıstanla ticarət əlaqələrini 3.6 dəfə böyüdüb.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

2023-cü ilin birinci rübündə Azərbaycan Qırğız Respublikasından 1 mln. 796.2 min dollar həcmində məhsul idxal etdiyi halda, bu ölkəyə 2 mln. 439 min dollarlıq məhsul ixrac edib ki, bu da ticarət dövriyyəsinin 266% artımla 6 mln. 031.4 min dollara yüksəlməsi deməkdir.

İlin ilk rübündə Qırğızıstana ən böyük ixrac məhsulu ağ şəkər olub. Belə ki, dövr ərzində bu ölkəyə 2 564 ton həcmində və ya 1 mln. 797.9 mln. dollarlıq ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza satılıb.

İxrac edilmiş TOP10 məhsul

Məhsulun adı Vahid  Miqdar  Dəyər, min dollar
  Ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza   ton  2,563.70  1,797.94
Minik avtomobilləri, mühərrikinin həcmi 2500 kub sm-dən çox olan, sıxılmaqdan alışan DYM-li (dizel)   ədəd      16  1,424.80
  Bitkidən hasil olan piylər və yağlar, onların fraksiyaları   ton     161.87     328.74
  Yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri   ədəd        1     107.00
  Mürəkkəb poliefirlər əsasında susuz mühitdə həll edilmiş lak və boyaq maddələri   ton      60.54      77.21
  Qabığı təmizlənmiş meşə fındığı   ton      15.0      73.50
  İnsektisidlər, piretroidlər əsasında   ton        6.11      71.85
  Yük avtomobilləri, tam kütləsi 5 t-dan çox olmayan, sıxılmaqdan alışan DYM-li (dizel)   ədəd        1      60.00
  Yeməli bar gətirən ağaclar, kollar və kolluqlar, peyvənd edilmiş və ya edilməmiş   min ədəd     106      54.20
  Başqa üsulla hazırlanmış və ya konservləşdirilmiş digər qoz və fındıqlar   ton        7      46.90

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər