7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan qızıl və mis istehsalını azaldıb, gümüş istehsalını isə kəskin artırıb

Ötən il Azərbaycanda qızıl və mis istehsalı azalıb. Ölkədəki gümüş istehsalında isə kəskin artım olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2022-ci ildə ölkədə 3174.7 kq qızıl istehsal olunub. Bu göstərici 2022-ci ilə nibsətən 5.3% azdır.

Mis istehsalında da illik 6% azalma müşahidə olunur. Ötən il Azərbaycanın mis istehsalının həcmi 2519.8 ton təşkil edib.

Komitənin  məlumatına əsasən, keçən il gümüş istehsalında kəskin – 60.1% artım olub. Belə ki, il ərzində ölkədə 7776.6 kq gümüş istehsal edilib.

Qeyd edək ki, 01.01.2023-cü il vəziyyətinə ölkədə 68 kq hazır qızıl, 48 kq hazır gümüş, 57.4 ton hazır mis ehtiyatı var.

 

Son xəbərlər
Digər xəbərlər