-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan reklamçıları vahid platformada birləşir

İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyi (KOBİA) yanında İctimai Şura və ölkədəki reklam şirkətləri reklamçıların vahid vətəndaş cəmiyyəti institutunda birləşməsi üçün təklif irəli sürüb.

Bunu jurnalistlərə açıqlamasında İctimai Şuranın sədri Fərhad Qaraşov bildirib.

“Bu məsələyə biz dəstək göstərməyə hazırıq. Yaxın vaxtlarda Ədliyyə Nazirliyi reklamçıların vətəndaş cəmiyyəti institutunu dövlət qeydiyyatına alacaq. Məqsəd bu sahədə problemlərin birbaşa vahid platformadan səsləndirilməsi, dövlət orqanlarına daha rahat çatdırılmasıdır. Hesab edirəm ki, təsis konfransı keçiriləndən sonra sənədlər aidiyyəti orqanlara təhvil veriləcək və KOBİA-nın dəstəyi ilə bu proses daha da sürətləndiriləcək”, – deyə o, qeyd edib.

 

Son xəbərlər
Digər xəbərlər